Bu gün jurnalist Cavid Abdullayevin kirayədə yaşadığı evdə axtarış aparılıb. Bu gün jurnalist Cavid Abdullayevin kirayədə yaşadığı evdə axtarış aparılıb.

Jurnalistin evində axtarış aparıldı

Bu gün jurnalist Cavid Abdullayevin kirayədə yaşadığı evdə axtarış aparılıb.

AzNews.az Turan-a istinadən xəbər verir ki, Meydan TV ilə əməkdaşlıq edən C.Abdullayevin evində aparılmış axtarış digər jurnalist Şirin Abbasovun işi ilə bağlıdır. Ş.Abbasova dünən 30 sutka həbs cəzası verilib.

Hüquq-mühafizə orqanlarının əməkdaşları jurnalist C.Abdullayevin kompüterini, üç kamerasını və noutbukunu götürüblər.