Əli Kərimliyə pasport veriləcək-EKSKLÜZİV

Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədri Əli Kərimlinin pasportu veriləcək.

AzNews.az-a daxil olan məlumata görə, Ə.Kərimliyə pasportunun verilməsi bu ilin dekabr ayının əvvəlində reallaşacaq. Sənəd məsələsində AXCP sədri Azərbaycan hakimiyyəti ilə müəyyən razılığa gəlib.

Partiya sədrinin bundan sonra xarici ölkələrə çıxış imkanı təmin ediləcək. Qeyd edək ki, Əli Kərimli 1993-cü ildən pasport ala bilmirdi.

İlkin Pirəli
AzNews.az