“Dinc sakinlərin kimlərinsə insanlıqdan kənar planlarının qurbanı olması çox böyük bir faciədir”. “Dinc sakinlərin kimlərinsə insanlıqdan kənar planlarının qurbanı olması çox böyük bir faciədir”.

YAP rəsmisi dəhşətli terror haqqında: “Azərbaycan 30 ildir terrorla üz-üzədir”

“Dinc sakinlərin kimlərinsə insanlıqdan kənar planlarının qurbanı olması çox böyük bir faciədir”.


AzNews.az xəbər verir ki, bu sözləri Yeni Azərbaycan Partiyasının (YAP) Siyasi Təhlil və Proqnozlaşdırma şöbəsinin müdiri, deputat Aydın Mirzəzadə Parisdə törədilən terror aktlarına münasibət bildirərkən deyib. YAP rəsmisi qeyd edib ki, Paris hadisələri bir daha terrorizmə qarşı mübarizənin gücləndirilməsinin vacib olduğunu göstərir: "Fransanın paytaxtı Paris şəhərində başa verən dəhşətli terror hücumları hər bir insanı sarsıdan hadisədir. Dövlətlər bu istiqamətdə səylərini birləşdirməli, terrorçulara və onlara yaradılan şəraitə qarşı birgə mübarizə etməlidirlər.

Azərbaycan artıq 30 ilə yaxındır ki, Ermənistanın ölkəmizə qarşı müharibəsi və terroru ilə üzbəüzdür. Ermənistan tərəfdən terror faktları tək işğal etdiyi Azərbaycan torpaqlarında deyil, cəbhə xəttindən çox-çox uzaqlarda da kütləvi surətdə törədilirdi. Ermənistan xüsusi xidmət orqanları tərəfindən Azərbaycan ərazisində sərnişin avtobusların, metro stansiyalarında baş verməsi müasir tariximizin qara səhifələridir. Ermənistan axan çaylar vasitəsi ilə Azərbaycan ərazilərinə uşaq oyuncaqlarında gizlədilmiş bombaların axıdılması faktları da az deyil.

Terrora qarşı mübarizə barışmaz olmalıdır. Fransa xalqına başsağlığı verir və təşkilatçıların tezliklə tapılıb cəzalanmasına ümid edirik".

Qeyd edək ki, dünən gecə saatlarında Parisdə 3 terror aktı törədilib. Törədilən terror aktları nəticəsində 153 nəfər ölüb, azı 200 nəfər yaralanıb.

Sevinc Yasinqızı