Eldar Sabiroğlu: “Yaxın vaxtlarda torpaqlarımızın işğaldan azad edilməsinin şahidi olacağıq” Eldar Sabiroğlu: “Yaxın vaxtlarda torpaqlarımızın işğaldan azad edilməsinin şahidi olacağıq”

Azərbaycandan Ermənistana daha bir müharibə bəyanatı

Eldar Sabiroğlu: “Yaxın vaxtlarda torpaqlarımızın işğaldan azad edilməsinin şahidi olacağıq”



"Bu gün Azərbaycan Ordusunun döyüş bölgəsində, təmas xəttində ən müasir silahlar yerləşdirilib". APA-nın məlumatına görə, bunu Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəisi, polkovnik Eldar Sabiroğlu Tərtərdə – cəbhə xəttində keçirdiyi mətbuat konfransında bildirib: "Ermənistan silahlı qüvvələrinin təcavüzünün qarşısını almaq önümüzdə duran əsas vəzifələrdəndir. Bu an uzaqda deyil. Daha dözüm də qalmayıb. Düşünürəm ki, yaxın vaxtlarda torpaqlarımızın işğaldan azad edilməsinin şahidi olacağıq".

E. Sabiroğlu Azərbaycanda son illər ordu quruculuğu istiqamətində böyük işlər aparıldığını da vurğulayıb: "Bunun birincisi silahlanmadır. Ən müasir silahlar almışıq və bununla düşmənin istənilən məsafədəki hədəflərini vura bilərik. İkincisi, şəxsi heyətin döyüş ruhunun yüksəldilməsidir".

AzNews.az