Çöhrəqanlı Bakıya gələcək

Dünya Azərbaycanlıları Konqresinin həmsədri, millət vəkili Sabir Rüstəmxanlı Güney Azərbaycan Milli Oyanış Hərəkatının lideri, doktor Mahmudəli Çöhrəqanlının ölkəmizə səfər etməsinə imkan yaradılması üçün prezident İlham Əliyevə müraciət edib.

Müraciətdə bildirilir ki, doktor M.Çöhrəqanlı DAK-ın Məşvərət Məclisinin sədridir, ancaq Azərbaycana gələ bilməməsi onun DAK-ın Bakıda keçirilən toplantılarında iştirak etməsinə imkan vermir. Digər tərəfdən, dünyada sayı 50 milyonu keçən azərbaycanlının yeganə vətəni olan Azərbaycana gəlmək hüququnun əlindən alınması doktor Mahmudəli Çöhrəqanlıya mənəvi baxımdan mənfi təsir göstərir və onun hüquqlarını məhdudlaşdırır.

Millət vəkili Sabir Rüstəmxanlı deyilənləri nəzərə alaraq, prezident İlham Əliyevdən problemə şəxsən müdaxilə etməsini və M.Çöhrəqanlının Azərbaycana viza almasında yaranan problemlərin aradan qaldırılması üçün göstəriş verməsini xahiş edib.

Kamil
AzNews.az