9 nəfər Bakı şəhər Kliniki Tibbi Mərkəzinə gətirilib. 9 nəfər Bakı şəhər Kliniki Tibbi Mərkəzinə gətirilib.
  • Toplum
  • 8 Noyabr 2018 17:27
  •  1 139

Onlar zəhərlənməyib - Nazirlik açıqladı

9 nəfər Bakı şəhər Kliniki Tibbi Mərkəzinə gətirilib.

Paytaxtın Nərimanov rayonunda yerləşən 8 nömrəli şəhər poliklinikasının binasında qaz iyinin hiss olunması səbəbindən zəhərlənmə ehtimalı ilə 9 nəfər Bakı şəhər Kliniki Tibbi Mərkəzinə gətirilib.

Bu barədə Səhiyyə Nazirliyinin mətbuat xidmətindən AzNews.az-a verilən məlumata görə, poliklinikanın yerləşdiyi bina qaz xətti ilə təchiz olunmayıb. Qoxu yayıldıqda müəssisədə olan tibb işçiləri və xəstələr binanı tərk ediblər. Bu barədə Nərimanov rayon Polis İdarəsinə və Fövqəladə Hallar Nazirliyinə məlumat verilib.

Bakı şəhər Kliniki Tibbi Mərkəzin toksikologiya şöbəsinin baş həkimi Azər Maqsudov hadisə nəticəsində təcili tibbi yardım maşınları ilə 9 nəfərin klinikaya gətirildiyini bildirib. Onun dediyinə görə, pasiyentlər təxminən 40-45 dəqiqə müayinə olunub və onların heç birində ciddi zəhərlənmə faktı aşkar edilməyib. Bu əlamətlər yalnız simptomatik xarakterli olub. Müraciət edənlər evə buraxılıblar.

AzNews.az