• Toplum
  • 27 Noyabr 2018 12:21
  •  683

Avropa İttifaqının 1,4 milyon avroluq layihəsi

Avropa İttifaqı Azərbaycanda havanın keyfiyyətini yaxşılaşdırmağı hədəfə alıb.

Bunu Avropa İttifaqının rezident tvinninq müşaviri Katya Loven bu gün Bakıda keçirdiyi mətbuat konfransında bildirib.

O qeyd edib ki, Azərbaycanda ekoloji monitorinq sistemlərinin modernləşdirilməsi üzrə tvinninq layihəsi Avropa İttifaqı tərəfindən maliyyələşdirilir:

"Layihənin dəyəri 1,4 milyon avrodur. Layihənin icra müddəti 2016-cı ilin noyabrından 2019-cu ilin yanvarına qədər olan müddəti əhatə edib. Layihənin əsas məqsədi Azərbaycanın ekoloji fəaliyyətinin yaxşılaşdırılmasıdır. Əsas diqqət mərkəzində isə havanın keyfiyyətidir. Layihə Avropa İttifaqının nümunəvi təcrübələri əsasında havanın keyfiyyətinin monitorinq sistemlərinin modernləşdirilməsi üçün Ekologiya və Təbii Sərvətlər Nazirliyinə dəstək olur".

K.Loven əlavə edib ki, havanın çirklənməsinin iqtisadi təsirləri də var: "Hazırda havanın keyfiyyəti bütün Avropada əhalinin sağlamlığı üçün ən böyük riskdir".(trend.az)

© AzNews.az