Türkiyənin Azərbaycandakı Səfirliyinin Mədəniyyət Müşavirliyi "Baku Coffee& Tea Festival”ın da "Türk qəhvəsi’ nin tanıtımını həyata keçirəcək. Türkiyənin Azərbaycandakı Səfirliyinin Mədəniyyət Müşavirliyi "Baku Coffee& Tea Festival”ın da "Türk qəhvəsi’ nin tanıtımını həyata keçirəcək.
  • Toplum
  • 11 Yanvar 2019 16:23
  •  2 498

Bakıda Türk Qəhvəsi Festivalı

Türkiyənin Azərbaycandakı Səfirliyinin Mədəniyyət Müşavirliyi "Baku Coffee& Tea Festival”ın da "Türk qəhvəsi’ nin tanıtımını həyata keçirəcək.

"Festivalda ziyarətçilər "Türk kahvesi”, "Türk sahlebi”, və "Türk tatlıları” ilə tanış ola biləcəklər” deyə Türkiyə Səfirliyinin mədəniyyət müşaviri İrfan Çiftçi AzNews.az-a açıqlamasında bildirib:

"Bu dəfə bizim proqramımız başqa idi, ancaq çox sağ olsunlar festival təşkilatçıları "Onların "Türkiyəsiz olmaz"- deyə israrlı dəvətləri ilə simvolik olaraq festivala qatılırıq. Bizim Türk qəhvəsi ile bağlı 2019-cu il içində ayrıca çox geniş tanıtma günlərimiz və sərgilərimiz olacaq. İndi isə müsafirlərimizə Türk qəhvəsinin necə hazırlanması göstəriləcək və hamısı ödənişsiz dada biləcəklər”.

İ.Çiftçi "Bir fincan Türk qəhvəsi içiləndə 40 il unudulmaz” deyə bütün qəhvə sevənləri Müşavirlik adından festivala dəvət edir.

Qeyd edək ki, yanvarın 11-13-də BakıdaTürk Qəhvəsi Baku Qəhvə-Çay Festivalı keçiriləcək.

© AzNews.az

image description