İnteqrasiya uğurla başa çatdırılıb. İnteqrasiya uğurla başa çatdırılıb.
  • Toplum
  • 15 Yanvar 2019 15:52
  •  2 146

DİM ASAN ödəniş sisteminə inteqrasiya edilib

İnteqrasiya uğurla başa çatdırılıb.

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi “ASAN ödəniş” sisteminin əhatə dairəsinin genişləndirilməsi istiqamətində işləri davam etdirir.

Asan Xidmətdən AzNews.az-a verilən məlumata görə, Dövlət İmtahan Mərkəzi üzrə ödənişlərin “ASAN ödəniş” sisteminə inteqrasiyası uğurla başa çatdırılıb.

8 yanvar 2019 - cu il tarixindən etibarən vətəndaşlar adıçəkilən dövlət qurumu üzrə ödənişləri www.e-gov.az, www.asanpay.az portalı və ya “ASAN ödəniş” sisteminə qoşulmuş bütün ödəniş portalları, həmçinin 10000-dən artıq ödəniş terminalları vasitəsilə həyata keçirə bilərlər.

Bununla da vətəndaşlar Dövlət İmtahan Mərkəzi üzrə şəxsi kabinetlərdəki hesablarına “ASAN ödəniş” sistemi vasitəsilə vəsait əlavə edə bilərlər.

AzNews.az