Polkovnik təyinatını AzNews.az-a təsdiqləyib Polkovnik təyinatını AzNews.az-a təsdiqləyib
  • Toplum
  • 16 Yanvar 2019 12:24
  •  46 462

Ramil Usubov Nərimanov rayonuna polis rəisi təyin etdi- Eksklüziv

Polkovnik təyinatını AzNews.az-a təsdiqləyib

Daxili işlər naziri, general-polkovnik Ramil Usubov Nərimanov RPİ-nə yeni rəis təyin edib.

AzNews.az-ın məlumatına görə, Nərimanov rayon Polis idarəsinin rəisi polkovnik Nəriman İmanov tutduğu vəzifəsindən azad olunub. Onun yerinə isə nazırın digər əmri ilə Yevlax RPŞ-nin rəisi, polkovnik Vaqif Müslümov tutduğu vəzifədən azad olunaraq Nərimanov Rayon Polis İdarəsinin rəisi təyin edilib.

Qeyd edək ki, polkovnik Vaqif Müslümov Nərimanov rayon Polis İdarəsinə təyinatını AzNews.az-a təsdiqləyib.

Xatırladaq ki, bu təyinata kimi Vaqif Müslümov Yevlax, İmişli rayon Polis Şöbələrinin rəisi, Xətai və Nəsimi rayonlarında isə əməliyyat işləri üzrə rəis müavini vəzifələrində çalışıb.

Azər
AzNews.az