“Enerji sistemində qəflətən açılmadan itirilə biləcək gücü əvəz etmək üçün fırlanan ehtiyat güc saxlanılır". “Enerji sistemində qəflətən açılmadan itirilə biləcək gücü əvəz etmək üçün fırlanan ehtiyat güc saxlanılır".
  • Toplum
  • 17 Yanvar 2019 20:18
  •  1 972

“Azərenerji”: Hər şey nəzarət altındadır

“Enerji sistemində qəflətən açılmadan itirilə biləcək gücü əvəz etmək üçün fırlanan ehtiyat güc saxlanılır".

“Azərenerji” ASC-nin mərkəzi aparatı və bütün müəssisələri hava şəraiti ilə əlaqədar olaraq gücləndirilmiş xüsusi iş rejimində çalışır.

Bunu “Report”a qurumun Mətbuat mərkəzinin rəhbəri Teymur Abdullayev deyib.

Onun sözlərinə görə, Səhmdar Cəmiyyətin struktur tərkibinə aid olan idarə və müəssisə rəhbərləri yanvarın 17-18-də enerji sistemində qəza hallarının baş verməməsi və yarana biləcək qəza hallarının operativ aradan qaldırılması məqsədi ilə gücləndirilmiş iş rejimində fəaliyyətini davam etdirəcəklər:

“Enerji sistemində qəflətən açılmadan itirilə biləcək gücü əvəz etmək üçün fırlanan ehtiyat güc saxlanılır. Bu ana kimi bütün elektrik stansiyaları və yarımstansiyalarda, o cümlədən yüksək gərginlikli elektrik verilişi xətlərində heç bir problem yaranmayıb. Hər şey nəzarət altındadır”.

AzNews.az