Müzakirələrin yekununda vəsaitin ayrılması barədə qərar qəbul olunacaq. Müzakirələrin yekununda vəsaitin ayrılması barədə qərar qəbul olunacaq.
  • Toplum
  • 18 Yanvar 2019 16:56
  •  1 521

MTRŞ-nın növbəti iclasında nə müzakirə olunacaq?

Müzakirələrin yekununda vəsaitin ayrılması barədə qərar qəbul olunacaq.

Prezidentin ehtiyat fondundan Milli Televiziya və Radio Şurasına (MTRŞ) ayrılan 3 milyon manat hesaba köçürüldükdən sonra Şuranın iclası keçiriləcək.

Bunu MTRŞ-nın Aparat rəhbəri Asəf Hacıyev deyib.

O bildirib ki, iclasda həmin vəsaitin Azərbaycanda fəaliyyət göstərən özəl televiziya kanalları arasında hansı prinsip əsasında və məbləğdə bölünməsi məsələsi müzakirə olunacaq. Müzakirələrin yekununda vəsaitin ayrılması barədə qərar qəbul olunacaq.

Qeyd edək ki, Prezident İlham Əliyev yanvarın 17-də özəl ümumölkə teleradio yayımçılarına birdəfəlik maliyyə yardımı göstərilməsi haqqında sərəncam imzalayıb. Sərəncama əsasən, 2019-cu il dövlət büdcəsində nəzərdə tutulmuş Prezidentin ehtiyat fondundan Milli Televiziya və Radio Şurasına 3 milyon manat ayrılıb.(report.az)

© AzNews.az