• Toplum
  • 26 Yanvar 2019 10:50
  •  1 189

Ramil Usubov rəisləri Lənkərana göndərdi - Səbəb

Lənkəranda 3 rəisin iştirakı ilə görüş keçirildi

Daxili işlər naziri, general-polkovnik Ramil Usubovun göstərişi ilə Baş Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi, polis polkovniki Kamran Əliyev, İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovnik-leytenantı Rüfət Quliyev və Lənkəran rayon Polis şöbəsinin rəisi, polis polkovniki İslam Hümbətovun iştirakı ilə ictimaiyyət nümayəndələri ilə görüş keçirilib.

AzNews.az-ın xəbərinə görə, görüşün keçirilməsində əsas məqsəd Lənkəran sakinləri tərəfindən yol hərəkətinin təhlükəsizliyi ilə bağlı DİN-ə ünvanlanan təklif və müraciətlərin yerində araşdırılması, habelə vətəndaş məmnunluğunun təmin edilməsi ilə əlaqədar qaldırılan məsələlərin operativ şəkildə həll edilməsi olub.

Görüşdə vətəndaşlara yol hərəkəti təhlükəsizliyi ilə bağlı görülən tədbirlərin effektivliyi, Lənkəran rayonu ərazisində yol nəqliyyat hadisələrinin, eləcə də ölən və yaralananların sayının kəskin azalmasının bunun bariz nümunəsi olması izah edilib.

Əsaslı və əsassız müraciətlər barədə polis tərəfindən verilən izahatlardan razılıq edən vətəndaşlar DİN rəhbərliyinə öz təşəkkürlərinin çatdırılmasını xahiş ediblər.

AzNews.az

image description image description