Mart soyqırımı zamanı Bakıda 15-20 min, Şamaxıda 7 min, Qubada isə 6 min nəfər öldürülüb. Mart soyqırımı zamanı Bakıda 15-20 min, Şamaxıda 7 min, Qubada isə 6 min nəfər öldürülüb.
  • Toplum
  • 30 Mart 2019 11:37
  •  6 781

Mart soyqırımından 101 il ötür

Mart soyqırımı zamanı Bakıda 15-20 min, Şamaxıda 7 min, Qubada isə 6 min nəfər öldürülüb.

1918-ci il martın 30-dan aprelin 3-nə qədər davam edən ermənilərin azərbaycanlılara qarşı törətdikləri soyqırımdan 101 il ötür. Həmin hadisələr zamanı Bakıda, həmçinin Şamaxı, Quba, Xaçmaz, Lənkəran, Hacıqabul, Səlyan, Zəngəzur, Qarabağ, Naxçıvan ərazilərində ermənilər tərəfindən qanlı qırğınlar törədilmişdir.

Martın 30-da, Bakıda azərbaycanlıların mütəşəkkil mitinqi başlanır. Onlar azərbaycanlı hərbiçilərin silahlarının qaytarılmasını və ya erməni hərbiçilərinin də tərksilah edilməsini tələb edirlər. Elə həmin gün şəhərin müsəlmanlar yaşayan məhəllələrində səngərlər qazılır, bütün müsəlman məhəllələri çoxminli bolşevik-erməni birləşmələrinin hücumuna məruz qalır. Müsəlman hərbi qulluqçularının əvvəlcədən tərkisilah edilməsi göstərir ki, bu soyqırım erməni dığaları tərəfindən öncədən planlaşdırılmış və məqsədyönlü şəkildə həyata keçirilən qırğın idi.

Təxmini hesablamalara görə, mart və aprel aylarında baş verən müsəlman qırğınları nəticəsində 15-20 min insan həlak olmuş, minlərlə insan itkin düşmüşdür. Bu soyqırım heç şübhəsiz XX əsrdə silahsız əhaliyə qarşı törədilmiş ən qanlı qırğın, “vətəndaş müharibəsi” adı altında aparılan və siyasi don geyindirilən, “Böyük Ermənistan” yaratmaq həvəsi ilə iştahlanan ermənilərin azərbaycanlılara qarşı törətdiyi soyqırımdır.

Mart hadisələri 1998-ci ilin martında Heydər Əliyev tərəfindən Azərbaycanlıların soyqırım günü kimi elan edilmişdir. 2013-cü ildə İlham Əliyevin qərarı ilə, soyqırımda öldürülənlərin xatirəsinə Quba Soyqırımı Memorial Kompleksi yaradılmışdır.

Cavidan Mirzəzadə

AzNews.az

image description image description image description image description image description image description image description