• Toplum
  • 5 Aprel 2019 15:14
  •  534

Azərbaycanın sığorta bazarı 2% böyüyüb

Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 2,05% çoxdur.

Bu ilin yanvar-fevral aylarında ayında Azərbaycandakı 21 sığorta şirkətinin xətti ilə 132,819 milyon manat məbləğində sığorta haqqı toplanılıb.

Maliyyə Bazarlarına Nəzarət Palatası xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 2,05% çoxdur.

İki ay ərzində sığorta şirkətlərinin həyata keçirdikləri ödənişlərin məbləği isə 33,116 milyon manat təşkil edib. Bu isə illik müqayisədə 18,2% azdır.

2019-cu ilin yanvar-fevral aylarında sığorta bazarında toplanmış hər 100 manat sığorta haqqının 24,9 manatı ödəniş edilib. 2018-ci ilin müvafiq dövründə bu göstərici 31,1 manat olub.(report.az)

AzNews.az