Canlı yayımda qorxunc təriqətə qoşulan gənc qızların 18+ görüntüləri yayımlandı - VİDEO

Kadrlar hər kəsi dəhşətə gətirib

Rusiyada Andrey Malaxovun aparıcılığı ilə yayımlanan "Canlı efir" verilişində hər kəsi şoka salan kadrlar nümayiş etdirilib.

AzNews.az xəbər verir ki, bacısının itkin düşdüyünü söyləyən gənc oğlan onun "Aşram Şambalı" təriqəti tərəfindən oğurlandığını bildirib.

Verilişdə sözü gedən təriqətin ayinlərindən olan görüntülər yayımlanıb. Kadrlar hər kəsi dəhşətə gətirib.

Bu kadrlar dünyanın ən təhlükəli təriqəti hesab edilən "Aşram-Şambalı"nın ayinlərinin görüntüləridir. Ayinlərdə açıq aydın narkotikin təbliği nümayiş etdirilir. Bu sektada guya onlar yuxusuzluq və aclıqdan əziyyət çəkdikdən sonra vəhşiləşir, bir-birlərinin saçlarını yolur, dişlərini çıxarırlar. Bununla da 6-ci hissi oyatdıqlarını və ülvi enerji əldə etdiklərini düşünürlər.

Aynur

AzNews.az