Minik avtomobili alışaraq yanıb Minik avtomobili alışaraq yanıb
  • Toplum
  • 12 İyun 2019 09:05
  •  2 012

Bakıda avtomobil reklam lövhəsinə çırpıldı - sürücü öldü

Minik avtomobili alışaraq yanıb

Gecə saatlarında Bakının Səbail rayonu ərazisində ağır yol qəzası baş verib.

Bibiheybət yolunda yüksək sürətlə hərəkət edən avtomobil iri reklam lövhəsinə çırpılıb. Bundan sonra minik avtomobili alışaraq yanıb.

Nəticədə avtomobildə olan sərnişin 28 yaşlı Kamran İsgəndərov müxtəlif dərəcəli bədən xəsarətləri ilə Kliniki Tibbi Mərkəzə çatdırılıb.

Səhiyyə Nazirliyindən verilən məlumata görə, yaralının vəziyyəti ağır kimi qiymətləndirilir.

Qeyd edək ki, sükan arxasında olan şəxsin öldüyü bildirilir. Hazırda hüquq-mühafizə orqanları qəzanın baş verməsi səbəblərinin araşdırılması ilə məşğuldur. (APA)