• Toplum
  • 24 İyul 2019 18:45
  •  542

Nazir: "Gənclər ixtisas seçərkən müəllimlik peşəsinə üstünlük verir"

“Bu il müəllimlərin işə qəbulu üzrə müsabiqənin test imtahanı mərhələsində 48 204 namizəd iştirak hüququ qazanıb. İmtahanlarda 3 nəfər 60, 2 nəfər 59, 14 nəfər isə 58 bal toplayıb”

Bunu Təhsil naziri Ceyhun Bayramov müəllimlərin işə qəbulu üzrə müsabiqədə yüksək nəticə göstərən namizədlərlə görüşü zamanı deyib.

Nazir ötən il 12 mindən çox şəxsin müəllimliyə qəbul olunduğunu və bunun son illər ərzində ən böyük göstərici olduğunu deyib.

C. Bayramov bildirib ki, bu il 55 minə yaxın şəxsin qeydiyyatdan keçərək müəllim olmaq üçün müraciət etməsi bu prosesin obyektiv və şəffaf keçirilməsinə olan etimaddan xəbər verir.

Təhsil naziri gənclərin ixtisas seçərkən müəllimlik peşəsinə üstünlük verdiklərini, ötən 2018-2019-cu tədris ilində ali təhsil müəssisələrində pedaqoji ixtisaslara qəbul olunanların göstəricilərinin kifayət qədər artdığını deyib.

Nazir Azərbaycanın təhsil tarixində ilk dəfə 3000-ə yaxın abituriyentin 500 və daha yuxarı bal toplayaraq məhz müəllimlik ixtisasına yiyələnməsini də diqqətə çatdırıb. (APA)