Bu gün axşam saat 18:30 radələrində Zaqatala bazarı ərazisinin kənarında kol-kos və quru ot olan hissəsində yanğın baş verib Bu gün axşam saat 18:30 radələrində Zaqatala bazarı ərazisinin kənarında kol-kos və quru ot olan hissəsində yanğın baş verib
  • Toplum
  • 19 Avqust 2019 20:38
  •  2 270

Zaqatalada bazar ərazisində yanğın olub

Bu gün axşam saat 18:30 radələrində Zaqatala bazarı ərazisinin kənarında kol-kos və quru ot olan hissəsində yanğın baş verib

Hadisə yerinə Fövqaladə Hallar Nazirliyinin (FHN) Zaqatala rayon Dövlət Yanğından Mühafizə Hissəsinin iki yanğınsöndürən maşını və şəxsi heyəti cəlb edilib.

Yanğınsöndürənlərin səyi nəticəsindən yanğının genişlənərək yaxınlıqdakı sahibkarlara məxsus ticarət obyektlərinə keçməsinin qarşısı alınıb. Yanğın nəticəsində 500 kv/m sahədə kol-kos, tullantılar və quru ot yanıb.

Faktla bağlı araşdırma aparılır. (APA)