"Cəmiyyətlə ünsiyyəti yeni texnologiyalar əsasında qurmaq lazımdır" "Cəmiyyətlə ünsiyyəti yeni texnologiyalar əsasında qurmaq lazımdır"
  • Toplum
  • 23 Avqust 2019 17:08
  •  2 295

Siyavuş Novruzov: “Fikirlərimi daha çox sosial şəbəkədə açıqlayacağam”

"Cəmiyyətlə ünsiyyəti yeni texnologiyalar əsasında qurmaq lazımdır"

Hakim Yeni Azərbaycan Partiyasının icra katibinin müavini, Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov “Facebook” sosial şəbəkəsində öz adına səhifə açıb.

S.Novruzov deyib ki, cəmiyyətlə ünsiyyəti yeni texnologiyalar əsasında qurmaq lazımdır.

YAP rəsmisinin sözlərinə görə, “Facebook” müzakirələrin aparılması üçün vasitədir: “Bəzi mətbuat orqanları təhrifə yol verir, özlərinə sərf edən hissəni dərc edirlər. Amma sosial şəbəkədə fikri aydın şəkildə ifadə etmək mümkündür”.

S.Novruzov bundan sonra mövqeyini daha çox sosial şəbəkə üzərindən ifadə edəcəyini qeyd edib: “Fikirlərimi daha çox sosial şəbəkədə açıqlayacağam”.(report.az)

AzNews.az

image description