Ticarət və əyləncə mərkəzi 5 mərtəbəli olacaq Ticarət və əyləncə mərkəzi 5 mərtəbəli olacaq
  • Toplum
  • 2 Sentyabr 2019 10:09
  •  1 946

Bakıda yeni “Mall” tikilir

Ticarət və əyləncə mərkəzi 5 mərtəbəli olacaq

Bakıda yeni ticarət və əyləncə mərkəzinin (“Mall”) tikintisinə başlanılıb.

Bakının Nizami rayonunda, Tofiq Abbasov küçəsi 5 ünvanında, keçmiş “Sevinc” (Təbriz) kinoteatrının yerində (Qara Qarayev metro stansiyası yaxınlığı) müasir ticarət və əyləncə mərkəzi tikilir.

Məlumat lövhəsinə görə, ticarət və əyləncə mərkəzi 5 mərtəbəli olacaq. Mərkəzin altında 2 mərtəbəli avtomobil dayanacağı da nəzərdə tutulur. Mərkəzin tikildiyi ərazidəki parkın abadlaşdırılacağı bildirilir. (Marja)

AzNews.az

image description image description