Qızı Fuad Qəhrəmanlıdan imtina etdi - İcra başçısı olan babası danışdı

Bakıya gələcəm, hər şey barədə ətraflı danışacam

Fuad Qəhrəmanlının xanımı Zümrüd Yağmurun əmisi, Daşkəsən rayon İcra Hakimiyyətinin başçısı Əhəd Abıyev Selcan Yağmurun bu gün sosial şəbəkədə yazdıqlarına reaksiya verib.

Bu barədə Əhəd Abıyev bildirib ki, yalnız Selcan deyil, digər bacısı da Fuad Qəhrəmanlıdan imtina edib.

“Ailədə olan problemlərdən xəbərim var, boşanma üçün Zümrüdün məhkəməyə müraciət etdiyini də bilirəm. Onu da deyim ki, Selcanla bacısı Sanay Fuad Qəhrəmanlıdan çoxdan imtina ediblər. Selcan xaricdə təhsil alır, onun təhsil məsələsində narahatlıq yaranıb. Ona görə Bakıya gələcəm. Hər şey barədə ətraflı danışacam”. (Axar.az)