Faktla bağlı araşdırma aparılır Faktla bağlı araşdırma aparılır
  • Toplum
  • 9 Noyabr 2019 08:23
  •  2 072

Maştağada sərxoş piyadanı maşın vurub

Faktla bağlı araşdırma aparılır

Bakıda bir nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.

Hadisə paytaxtın Sabunçu rayonunun Maştağa qəsəbəsində qeydə alınıb.

Belə ki, yolu keçmək istəyən 1969-cu il təvəllüdlü İsgəndərov Kamil Babacan oğlunu maşın vurub. Yaralı təcili tibbi yardım briqadasının köməkliyi ilə xəstəxanaya çatdırılıb.

Ona döş qəfəsinin və qarnın küt travması diaqnozu qoyulub. İlkin məlumata görə, piyada sərxoş vəziyyətdə olub.

Faktla bağlı araşdırma aparılır. (report)

AzNews.az