Onlardan birinin durumu ağırdır Onlardan birinin durumu ağırdır
  • Toplum
  • 8 Dekabr 2019 13:49
  •  2 634

"Sədərək" Ticarət Mərkəzində avtobus və minik avtomobili toqquşub: Xəsarət alanlar var

Onlardan birinin durumu ağırdır

Bu gün Bakı şəhəri, Qaradağ rayonu, "Sədərək" Ticarət Mərkəzi ərazisində sərnişin avtobusu və minik avtomobili toqquşub.

Xırdalan-“Binə” Ticarət Mərkəzi istiqamətdə hərəkət edən 596 saylı, “01 BS 245” dövlət nömrə nişanlı avtobusla “90 NK 538” dövlət nömrə nişanlı "Mercedes" markalı avtomobil toqquşub.

Qəza nəticəsində 2 nəfər xəsarət alıb, onlardan birinin durumu ağırdır. Qəzada xəsarət alan şəxslər xəstəxanaya yerləşdirilib. (apa)

AzNews.az

image description image description image description