Faktla bağlı araşdırma aparılır Faktla bağlı araşdırma aparılır
  • Toplum
  • 25 Yanvar 2020 09:51
  •  3 197

Bakıda avtobus və maşın toqquşdu - Hər ikisi körpüdən aşdı

Faktla bağlı araşdırma aparılır

Bakıda ağır yol qəzası baş verib.

Hadisə rayonun Maştağa qəsəbəsi ərazisində baş verib.

Maştağa qəsəbəsi ərazisindəki körpüdə yolun buz bağlaması nəticəsində 107 saylı marşrut xətti üzrə hərəkət edən sərnişin avtobusu “Mitsubishi-Pajero” və “VAZ 2107” markalı avtomobillərlə toqquşub.

Hadisə nəticəsində sərnişin avtobusu və “Mitsubishi-Pajero” körpüdən aşıb. Hadisə nəticəsində altı nəfər xəsarət alıb. Yaralılar 3 saylı şəhər Klinik Xəstəxanasına yerləşdirilib. (Trend)

AzNews.az