Qar örtüyünün hündürlüyü Ağdərədə (Ordubad) 30 sm olub Qar örtüyünün hündürlüyü Ağdərədə (Ordubad) 30 sm olub
  • Toplum
  • 25 Yanvar 2020 11:13
  •  3 655

Azərbaycanda müşahidə olunan faktiki hava açıqlanıb

Qar örtüyünün hündürlüyü Ağdərədə (Ordubad) 30 sm olub

Azərbaycanda müşahidə olunan faktiki hava açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometerologiya Departamentindən verilən məlumata görə, yanvarın 25-i səhərədək ölkə ərazisində yağıntılı hava şəraiti davam edib, sulu qar, qar yağıb.

Düşən yağıntının miqdarı: Lerikdə 9 mm, Altıağacda 5 mm, Quba, Xaltan, Astara, Ağdərədə 4 mm, Ordubadda 3 mm, Qusar, Qrız, Xaçmazda 2 mm, Nabran, Xınalıq, Şabran, Yardımlı, Mərəzə, Gədəbəy, Daşkəsən, Şahbuz, Biləsuvar və Naxçıvanda 1 mm,

Maştağada 4 mm, Bakı və Binədə 3 mm, Sumqayıt və Zabratda 1 mm təşkil edib.

Qar örtüyünün hündürlüyü Ağdərədə (Ordubad) 30 sm, Altıağac, Lerikdə 17 sm, Xaltan və Qrızda 10 sm, Xınalıqda 9 sm, Qubada 7 sm, Sarıbaşda (Qax) 6 sm, Qusarda 4 sm, Şahbuzda 2 sm, Nabran, Yardımlı və Ordubadda 1 sm olub.

Havanın minimal temperaturu Bakıda 0 dərəcəyə yaxın, dağlıq rayonlarda 7-12 dərəcə şaxta, yüksək dağlıq rayonlarda 16-19 dərəcə şaxta olub. (Report)

AzNews.az