Fizika elmləri doktoru Hüseyn Məmmədov universitetin Elm və innovasiyalar üzrə prorektoru təyin olunub Fizika elmləri doktoru Hüseyn Məmmədov universitetin Elm və innovasiyalar üzrə prorektoru təyin olunub
  • Toplum
  • 27 Yanvar 2020 18:10
  •  3 352

BDU-nun iki prorektoru və bir dekanı işdən çıxarılıb

Fizika elmləri doktoru Hüseyn Məmmədov universitetin Elm və innovasiyalar üzrə prorektoru təyin olunub

Bakı Dövlət Universitetinin (BDU) iki prorektoru işdən çıxarılıb.

Ali məktəbin Elm və innovasiyalar üzrə prorektoru, Fizika-riyaziyyat elmləri doktoru, professor, AMEA-nın müxbir üzvü Aydın Kazımzadə və Ümumi işlər üzrə prorektoru Cəfər Eyvazov vəzifələrindən azad olunub.

BDU-nun Həmkarlar İttifaqı Komitəsinin sədri, fizika elmləri doktoru Hüseyn Məmmədov universitetin Elm və innovasiyalar üzrə prorektoru təyin olunub.

Bundan başqa, BDU-nun Biologiya kafedrasının dekanı Əməkdar elm xadimi, professor Akif Quliyev işdən çıxarılıb.

Bundan əlavə, Tarix fakültəsinin dekan müavini Rəşad Cabbarov BDU-nun Həmkarlar İttifaqı Komitəsin sədri seçilib. (report)

AzNews.az