DQ qüvvələri bu gündən xidmətə cəlb edilib DQ qüvvələri bu gündən xidmətə cəlb edilib
  • Toplum
  • 30 Mart 2020 15:48
  •  2 813

Bakı küçələrinə Daxili Qoşunlar cəlb edildi

DQ qüvvələri bu gündən xidmətə cəlb edilib

Daxili İşlər Nazirliyi Bakı və Sumqayıt şəhərlərində xüsusi karantin rejimi tədbirlərinin gücləndirilməsi ilə bağlı Daxili Qoşunların hərbi qulluqçularını polislə birgə xidmətə cəlb edib.

AzNews.az-ın məlumatına görə, Nazirliyin Mətbuat xidmətinin rəisi, polis polkovniki Ehsan Zahidov "Qafqazinfo"ya açıqlamasında bildirib ki, DQ qüvvələri bu gündən xidmətə cəlb edilib:

"Bu tədbirlər koronavirus infeksiyasının geniş yayılmasına yol verməmək üçün vətəndaşların təhlükəsizliyini təmin etmək, məhdudlaşdırma tədbirlərini tam və hərtərəfli yerinə yetirmək, onun törədə biləcəyi fəsadların qarşısını almaq məqsədi daşıyır".