Bunu TƏBİB-in İdarə Heyətinin sədri Ramin Bayramlı deyib Bunu TƏBİB-in İdarə Heyətinin sədri Ramin Bayramlı deyib
  • Toplum
  • 29 May 2020 23:57
  •  2 704

“Bağçaların açılması gözlənilmir”

Bunu TƏBİB-in İdarə Heyətinin sədri Ramin Bayramlı deyib

"Bağçalarda uşaqlar virusu yüngül keçirsə də, onlar daşıyıcı olaraq nənə-babaları yoluxdura bilərlər".

AzNews.az-ın verdiyi xəbərə görə, bunu TƏBİB-in İdarə Heyətinin sədri Ramin Bayramlı deyib. O bildirib ki, bağçalarla bağlı metodik davranış qaydaları hazırlanır:

"Bağçalar açıldıqdan sonra da bu qaydalar əsasında fəaliyyət göstərəcəklər. Bağçaların açılması bu mərhələdə gözlənilmir. Karantinin ilk mərhələlərində Operativ Qərargahın tapşırığı və tövsiyəsi ilə dövlət qurumlarının, digər qurumların rəhbərlərinə tapşırılmışdı və tövsiyə olunmuşdu ki, öhdəliyində azyaşlı övladı olan, nəzarət altında olmalı olan valideynləri, qocalar və uşaqlar olanlara iş yerlərində şərait yaradılmalıdır".