Bunu bu gün keçirilən brifinqdə Nazirlər Kabinetinin mətbuat katibi İbrahim Məmmədov deyib Bunu bu gün keçirilən brifinqdə Nazirlər Kabinetinin mətbuat katibi İbrahim Məmmədov deyib
  • Toplum
  • 3 İyun 2020 21:37
  •  4 326

190 manat məsələsinə yenidən baxılacaq

Bunu bu gün keçirilən brifinqdə Nazirlər Kabinetinin mətbuat katibi İbrahim Məmmədov deyib

190 manatlıq birdəfəlik ödəmənin iyun ayında verilməsi müzakirəyə çıxarıla bilər.

AzNews.az xəbər verir ki, bunu bu gün keçirilən brifinqdə Nazirlər Kabinetinin mətbuat katibi İbrahim Məmmədov deyib:

“Ümid edirdik ki, əhali karantin rejiminin özünüqoruma tələblərinə əməl edəcək. 190 manatın aztəminatlı şəxslərə verilməsi aprel və may ayları üçün nəzərdə tutulmuşdu. İyun ayı üçün bu, nəzərdə tutulmurdu. İndi də adamların iş rejimi tam bərpa olunub, insanlar işləməyə başlayıb. Ancaq yenidən bəzi məhdudiyyətlər olduğuna görə, ola bilər ki, bu məsələ təkrar aktuallaşsın və müzakirə olunsun. Növbəti dəfə ətraflı məlumat verə bilərik”.