Xəstəxana çıxışında Əməkdar artisti sənət dostları qarşılayıb Xəstəxana çıxışında Əməkdar artisti sənət dostları qarşılayıb
  • Toplum
  • 27 İyul 2020 17:15
  •  1 949

Bəhram Bağırzadə evə buraxılıb

Xəstəxana çıxışında Əməkdar artisti sənət dostları qarşılayıb

Koronavirusa yoluxan Əməkdar artist Bəhram Bağırzadənin Mərkəzi Gömrük Hospitalındakı müalicəsi başa çatıb.

AzNews.az xəbər verir ki, o, artıq evə buraxılıb.

Məlumata görə, ondan götürülən yeni COVID-19 testinin nəticələri neqativ çıxıb.

Xəstəxana çıxışında Əməkdar artisti sənət dostları qarşılayıb.

Xatırladaq ki, əməkdar artist Bəhram Bağırzadə iyunun 13-də vəziyyəti kəskin pisləşdiyindən daha əvvəl koronavirus xəstəliyindən müalicə olunduğu xəstəxanadan Mərkəzi Gömrük Hospitalına köçürülərək reanimasiyaya yerləşdirilib. Onun ağciyərlərinin 90 faizi zədələndiyindən əməkdar artist ECMO cihazına qoşulub. İyulun 2-də isə o, ECMO cihazından ayrılıb.

Qeyd edək ki, Bəhram Bağırzadənin müaicəsi Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın nəzarətində olub.