“Əmək və şücaətə görə” medalı ilə təltif edilib “Əmək və şücaətə görə” medalı ilə təltif edilib
  • Toplum
  • 25 Avqust 2020 11:00
  •  1 933

Zelenski azərbaycanlı generalla bağlı sərəncam imzaladı

“Əmək və şücaətə görə” medalı ilə təltif edilib

Ukrayna Prezidenti Vladimir Zelenski bir sıra şəxslərə orden və medalların verilməsi haqqında sərəncam imzalayıb.

Ukrayna KİV-lərinin yaydığı məlumata görə, mükafatlandırılanlar arasında Azərbaycan Dövlət Gömrük Komitəsi sədrinin müavini, Gömrük Xidmətinin general-mayoru İqbal Babayev də var. Ukrayna Prezidentinin sərəncamı ilə İ.Babayev “Əmək və şücaətə görə” medalı ilə təltif edilib.

Qeyd edək ki, İ.Babayev 1981-1986-cı illərdə Kiyev Milli İnşaat və Memarlıq Universitetində (KNUBA) oxuyub. 1986-1987-ci illərdə isə həmin universitetin istehsal proseslərinin avtomatlaşdırılması kafedrasında müəllim işləyib. 1987-1991-ci illərdə KNUBA-nın aspiranturasına qəbul olub və müəllimlik fəaliyyətini davam etdirib.

1989-cu ildə əldə olunan nəticələrin və elmi işlərin səmərəliliyinə görə “Ən yaxşı ixtiraçı” adına layiq görülüb. (Qafqazinfo)

AzNews.az