Bütün turistik zonalarda ehtimal olunan sərnişin axınına uyğun olaraq avtobusların sayının artırılması ilə bağlı tapşırıq verilib Bütün turistik zonalarda ehtimal olunan sərnişin axınına uyğun olaraq avtobusların sayının artırılması ilə bağlı tapşırıq verilib
  • Toplum
  • 7 Sentyabr 2020 13:00
  •  3 899

Rayon avtobusları sıx qrafiklə işləyəcək

Bütün turistik zonalarda ehtimal olunan sərnişin axınına uyğun olaraq avtobusların sayının artırılması ilə bağlı tapşırıq verilib

Bu ilin mart ayından etibarən şəhərlərarası və rayonlararası sərnişindaşıma ilə bağlı tətbiq edilən məhdudiyyət öz qüvvəsində qalır.

AzNews.az xəbər verir ki, Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin sözcüsü Nuridə Allahyarovanın verdiyi məlumata görə, sentyabrın 8-dən etibarən regionlara gediş-gəliş məhdudiyyətinin aradan qaldırılması ilə əlaqədar olaraq (şəxsi minik avtomobilləri ilə) Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Avtomobil Nəqliyyatı Xidməti regionlarda gücləndirilmiş iş rejimi elan edib.

Bununla əlaqədar olaraq, Dövlət Avtomobil Nəqliyyatı Xidməti tərəfindən bütün turistik zonalarda ehtimal olunan sərnişin axınına uyğun olaraq avtobusların sayının artırılması ilə bağlı tapşırıq verilib.

Şəki, Zaqatala, Qax, Qəbələ, Lənkəran, Masallı, Quba, Qusar, İsmayıllı və Şamaxıda sentyabrın 8-dən avtobuslarla daha sıx qrafiklə xidmət göstəriləcək.

Səidə Vahid

AzNews.az