Avropa İnsan Hüqüqları Məhkəməsi bunu insan ləyaqətini alçaldan rəftar hesab edib Avropa İnsan Hüqüqları Məhkəməsi bunu insan ləyaqətini alçaldan rəftar hesab edib
  • Toplum
  • 10 Sentyabr 2020 17:00
  •  2 856

Bakı Apelyasiya Məhkəməsində dəmir qəfəslər ləğv edildi

Avropa İnsan Hüqüqları Məhkəməsi bunu insan ləyaqətini alçaldan rəftar hesab edib

Bakı Apelyasiya Məhkəməsinin iclas zallarında mövcud olan sonuncu dəmir qəfəs sökülüb.

AzNews.az xəbər verir ki, bunu vəkil Cavad Cavadov bildirib.

O qeyd edib ki, bütün dəmir qəfəslərin yerinə şüşə kabinlər quraşdırılır.

C.Cavadov deyib ki, Avropa İnsan Hüqüqları Məhkəməsi qərarlarında təqsirləndirilən şəxslərin dəmir qəfəslərdə saxlanılmasını Avropa İnsan Hüquqları Konvensiyasının 3-cü maddəsinə (insan ləyaqətini alçaldan rəftar) zidd hesab edib.