Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb
  • Toplum
  • 19 Dekabr 2020 19:23
  •  5 018

Ramanada yanğın olub

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsində açıq sahədə yanğın olması barədə məlumat daxil olub.

FHN-dən AzNews.az-a verilən məlumata görə, Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri yanğının baş verdiyi əraziyə cəlb olunub.

İlkin məlumata əsasən, gölə yaxın açıq ərazidə təqribən 70 m² sahədə təkər və məişət tullantıları yanıb. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.