Qərarda dəyişiklik edib Qərarda dəyişiklik edib
  • Toplum
  • 24 Dekabr 2020 21:37
  •  3 306

Nazirlər Kabineti hərbçilərə görə qərarda dəyişiklik etdi

Qərarda dəyişiklik edib

Nazirlər Kabineti “Azərbaycan Respublikasında 2020-ci il dekabrın 14-dən xüsusi karantin rejiminin sərtləşdirilməsi haqqında” qərarında dəyişiklik edib.

AzNews.az xəbər verir ki, qərara əsasən, müddətli həqiqi hərbi xidmətə çağırılan şəxslərin yaşadıqları və olduqları yerdən hərəkətinə Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin çağırış vərəqəsi və ya tibbi müayinədən keçmək üçün göndərişi əsasında, hərbi xidmətdən tərxis olunan şəxslərin yaşadıqları və olduqları yerə gəlməsinə isə onların hərbi bileti və müvafiq hərbi hissə tərəfindən verilmiş vərəqə əsasında yol veriləcək.