O, bu barədə tvitter hesabında yazıb O, bu barədə tvitter hesabında yazıb
  • Toplum
  • 20 Yanvar 2021 16:46
  •  3 903

İsrail səfiri 20 Yanvar qurbanlarının xatirəsini anıb

O, bu barədə tvitter hesabında yazıb

İsrailin Azərbaycandakı səfiri Corc Dik Şəhidlər xiyabanını ziyarət edib.

AzNews.az xəbər verir ki, o, bu barədə tvitter hesabında yazıb.

“Qara Yanvar qurbanlarını yad etmək üçün soyuq havada bu qədər çox azərbaycanlının - kişilərin, qadınların, uşaqların gəldiyini görmək çox xoş idi. Bu xalqın birlik və hörmət ruhu bu hadisələrin qurbanlarının xatirəsinə hörmət göstərmələrində də özünü göstərir”, - diplomat yazıb.