Müraciət edənlər arasında seçim müvafiq məktəb tərəfindən təşkil edilən imtahan əsasında aparılacaq Müraciət edənlər arasında seçim müvafiq məktəb tərəfindən təşkil edilən imtahan əsasında aparılacaq
  • Toplum
  • 2 Aprel 2021 22:16
  •  4 917

"YAŞAT" Fondu: Özəl məktəblərdə şəhid övladlarına ödənişsiz təhsil imkanı yaradılacaq

Müraciət edənlər arasında seçim müvafiq məktəb tərəfindən təşkil edilən imtahan əsasında aparılacaq

“YAŞAT” Fondu tərəfindən Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar şəhid olmuş şəxslərin övladlarının yüksək səviyyəli təhsil imkanlarından yararlanmasına dəstək göstəriləcək.

AzNews.az xəbər verir ki, fonddan verilən məlumata görə, dəstək proqramı çərçivəsində əməkdaşlıq yaradılmış özəl məktəblərdə şəhid övladlarına ödənişsiz təhsil imkanı yaradılacaq. Müraciət edənlər arasında seçim müvafiq məktəb tərəfindən təşkil edilən imtahan əsasında aparılacaq.

“YAŞAT” Fondu ilə əməkdaşlıq çərçivəsində ilkin olaraq “XXI Əsr Beynəlxalq Təhsil və İnnovasiya Mərkəzi”ndə 10 şəhid övladı üçün 100% nisbətində güzəşt tətbiq edilir.(Apa)