Dərhal hadisə yerinə icra hakimiyyətinin əməkdaşları cəlb olunublar Dərhal hadisə yerinə icra hakimiyyətinin əməkdaşları cəlb olunublar
  • Toplum
  • 6 Aprel 2021 17:47
  •  4 502

Güclü külək paytaxtda 14 ağacı aşırdıb

Dərhal hadisə yerinə icra hakimiyyətinin əməkdaşları cəlb olunublar

Güclü külək paytaxtın müxtəlif ərazilərində irigövdəli ağacların aşmasına səbəb olub.

Bu barədə Bakı şəhər İcra Hakimiyyətinin Yaşıllaşdırma Təsərrüfatı Birliyinin Bitkilərin mühafizəsi şöbəsindən bildiriblər. Qeyd olunub ki, gün ərzində 14 ağacın aşması qeydə alınıb:

"Bu kimi hallar daha çox Sabunçu, Suraxanı və Nərimanov rayonlarında qeydə alınıb. Dərhal hadisə yerinə icra hakimiyyətinin əməkdaşları cəlb olunublar. Ağac və onun qırıntıları hadisə yerindən götürülüb, fəsadlar aradan qaldırılıb". (teleqraf.com)