- Toplum
- 12 Aprel 2021 22:16
- 3 848
Hərbi Qənimətlər Parkı aprelin 14-dən vətəndaşlara açıq olacaq

Vətəndaşların parka ziyarəti pandemiyaya qarşı profilaktik tədbirlərə uyğun olaraq tənzimlənəcəkdir
Xəbər verdiyimiz kimi, bu gün Prezident İlham Əliyevin iştirakı ilə Hərbi Qənimətlər Parkının açılışı olub.
Aznews.az xəbər verir ki, aprelin 12-si və 13-də Hərbi Qənimətlər Parkında müxtəlif media qurumlarının çəkilişləri təşkil olunur.
Aprelin 14-dən isə sözügedən park vətəndaşların üzünə açıq olacaq.
Vətəndaşların parka ziyarəti pandemiyaya qarşı profilaktik tədbirlərə uyğun olaraq tənzimlənəcəkdir.(trend)