Hadisə zamanı 147 nömrəli texniki-humanitar liseyinin hasarına ziyan dəyib Hadisə zamanı 147 nömrəli texniki-humanitar liseyinin hasarına ziyan dəyib
  • Toplum
  • 19 Aprel 2021 11:48
  •  2 978

“BakuBus”un avtobusu ağaca çırpıldı - Xəsarət alanlar var

Hadisə zamanı 147 nömrəli texniki-humanitar liseyinin hasarına ziyan dəyib

Bakıda yol- nəqliyyat hadisəsi baş verib.

AzNews.az “Report”a istinadən xəbər verir ki, hadisə Xətai rayonu ərazisində yerləşən 147 nömrəli texniki-humanitar liseyinin yanında qeydə alınıb.

Belə ki, “BakuBus” MMC-nin istismarında olan 2 nömrəli müntəzəm marşrut xətti üzrə 99 JU 240 dövlət qeydiyyat nişanlı “Iveco” markalı sərnişin avtobusu ağaca çırpılıb. Nəticədə 2 nəfər sərnişin xəsarət alıb, sürücünün halı pisləşib.

Hadisə zamanı 147 nömrəli texniki-humanitar liseyinin hasarına ziyan dəyib.