İkinci mərhələdə vaksinasiyadan keçənlərin sayı 4849 nəfərdir İkinci mərhələdə vaksinasiyadan keçənlərin sayı 4849 nəfərdir
  • Toplum
  • 20 Aprel 2021 17:48
  •  5 152

14830 nəfərə vaksin vuruldu

İkinci mərhələdə vaksinasiyadan keçənlərin sayı 4849 nəfərdir

Azərbaycanda son sutkada 14830 nəfərə koronavirus (COVID-19) əleyhinə peyvənd vurulub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan AzNews.az-a verilən məlumata görə, birinci mərhələ üzrə vaksinasiyadan keçənlərin sayı 9981 nəfər, ikinci mərhələdə vaksinasiyadan keçənlərin sayı 4849 nəfərdir.

Ölkədə 18 yanvar 2021-ci ildən indiyədək ümumilikdə 1352210 nəfərə COVID-19 əlyehinə vaksin vurulub. Onlardan birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 899213 nəfər, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı isə 452997 nəfərdir.