Bu barədə Səhiyyə Nazirliyindən məlumat verilib Bu barədə Səhiyyə Nazirliyindən məlumat verilib
  • Toplum
  • 10 İyun 2021 15:06
  •  4 823

Azərbaycana daha 40 min doza “Sputnik V” gətirildi

Bu barədə Səhiyyə Nazirliyindən məlumat verilib

Azərbaycana koronavirus əleyhinə daha 40 min doza Rusiya istehsalı olan “Sputnik V" vaksini gətirilib.

Bu barədə AzNews.az-a Səhiyyə Nazirliyindən məlumat verilib.

Xatırladaq ki, ölkə ərazisində COVID-19 əleyhinə vaksinasiyaya bu il yanvar ayının 18-dən etibarən başlanılıb. “Sputnik V” vaksininin tətbiqi isə mayın 18-dən həyata keçirilir. 18 yaşından yuxarı olan və əks göstərişləri olmayan hər bir vətəndaş “Sputnik V” ilə peyvənd oluna bilər.

İndiyədək ümumilikdə 80 min doza “Sputnik V” peyvəndi ölkəyə gətirilib.