• Toplum
  • 11 İyun 16:18
  •  1 891

Qəbul imtahanları bu tarixdə keçiriləcək - DİM-dən açıqlama

Ali təhsil müəssisələrinə qəbul imtahanlarının tarixləri elan olunub

Dövlət İmtahan Mərkəzindən AzNews.az-a bildirilib ki, ali və orta ixtisas təhsili müəssisələrinə qəbul imtahanlarının II mərhələsi, əvvəlki illərin məzunları üçün qəbul imtahanlarının I və II mərhələsi, əlavə tədris və xarici dil imtahanlarının aşağıdakı qrafikə uyğun keçirilməsi planlaşdırılır.

S/s

İmtahanın adı

Keçirilmə tarixi

1.

- Əvvəlki illərin məzunları üçün qəbul imtahanının I mərhələsi, V ixtisas qrupu üzrə ali təhsil müəssisələrinə və 11 illik təhsil bazasında kolleclərə qəbul imtahanı;

- Müsabiqədə buraxılış imtahanında verdiyi xarici dildən fərqli dil üzrə iştirak etmək istəyənlər üçün əlavə xarici dil imtahanı;

- qəbul imtahanını buraxılış imtahanında verdiyi dildən fərqli dil üzrə vermək istəyənlər üçün əlavə imtahan;

- Buraxılış imtahanında üzrlü səbəbdən iştirak edə bilməyən XI sinif şagirdləri üçün buraxılış imtahanı.

1 iyul

2.

Bakalavriat səviyyəsinə qəbul imtahanı (II mərhələ), 1-ci cəhd:

III ixtisas qrupu

14 iyul

II qrupu

15 iyul

I ixtisas qrupu

27 – 28 iyul

IV ixtisas qrupu

28 iyul

Ali təhsil müəssisələrinə qəbul imtahanlarının 2-ci mərhələsinin 2-ci cəhdinin keçirilib-keçirilməməsi haqqında avqust ayında respublikada mövcud olacaq sanitar-epidemioloji vəziyyətə uyğun olaraq qərar veriləcək.