- Toplum
 - 27 İyun 2021 22:26
 - 6 709
 
Yük maşınları toqquşdu, qarpızlar yola dağıldı
            Nəticədə avtomobillərə ciddi ziyan dəyib
Bakı-Qazax-Gürcüstan magistral yolunun Hacıqabul rayonu ərazindən keçən hissəsində (əks istiqamətdə) avtomobil qəzası baş verib.
AzNews.az Report-a istinadən xəbər verir ki, qarpız daşıyan "QAZel" markalı maşınlar Hacıqabulun Pirsaat kəndi ərazisində toqquşub.
Nəticədə avtomobillərə ciddi ziyan dəyib, qarpızlar yola tökülüb.
Qəza zamanı ölən və yaralanan olmasa da, yolda kiçik tıxac yaranıb.