BNA məlumat yayıb BNA məlumat yayıb
  • Toplum
  • 28 İyul 2021 10:59
  •  3 185

Heydər Əliyev prospektində bordür inşa edilib

BNA məlumat yayıb

Bakı Nəqliyyat Agentliyinin (BNA) təklifi ilə paytaxtın Heydər Əliyev prospektinin əsas yolunun “Bağırov” körpüsü kimi tanınan yolayırıcı tuneldən keçən hissəsində ayırıcı bordür inşa edilib.

Bu barədə AzNews.az-a BNA-dan bildirilib.

Məlumata görə, ayırıcı bordürün inşasında məqsəd prospektin bu hissəsində baş verən yol nəqliyyat hadisələri zamanı ölüm və xəsarət alma risklərinin minimuma endirilməsidir. 2019-2021-ci illər ərzində Heydər Əliyev prospekti “Bağırov” körpüsü adlanan hissədə ciddi fəsadlara yol açan 11 nəqliyyat hadisəsi baş verib.