Siniflərdə koronavirus aşkar edilib Siniflərdə koronavirus aşkar edilib
  • Toplum
  • 13 Oktyabr 2021 18:50
  •  6 437

Bakıda daha iki sinif distant təhsilə keçdi

Siniflərdə koronavirus aşkar edilib

Bakıda daha iki sinif koronavirusa yoluxma səbəbindən distant təhsilə keçib.

Aznews.az xəbər verir ki, "Ankara məktəbi" məktəb liseyinin 7 e və 7 f siniflərində bir neçə şagirddə virusa yoluxma aşkarlandığı üçün sinif distant təhsilə keçib.

Məsələ ilə bağlı Təhsil Nazirliyindən bildirilib ki, hər hansı sinifdə yoluxma aşkarlandığı təqdirdə həmin sinif 14 günlük distant təhsilə keçir. 14 günlük karantin müddəti bitdikdə isə sinif yenidən ənənəvi dərslərə davam edir.