Dövlət Sərhəd Xidməti və Baş Prokurorluq birgə məlumat yayıb Dövlət Sərhəd Xidməti və Baş Prokurorluq birgə məlumat yayıb
  • Toplum
  • 30 Noyabr 2021 12:23
  •  4 788

Azərbaycanda hərbi helikopter qəzaya uğrayıb - Ölənlər və yaralananlar var

Dövlət Sərhəd Xidməti və Baş Prokurorluq birgə məlumat yayıb

AzNews.az xəbər verir ki, məlumatda deyilir:

"Bu gün saat 10:40 radələrində Dövlət Sərhəd Xidmətinin hərbi helikopteri Xızı rayonu ərazisində yerləşən “Qaraheybət” aviasiya poliqo­nunda təlim uçuşları yerinə yetirərkən qəzaya uğrayıb.

Qəza nəticəsində helikopterin heyəti arasında həlak olanlar və yaralananlar var.

Dövlət Sərhəd Xidmətinin və Baş Prokurorluğun rəhbər heyəti hadisə yerindədir. Hadisə ilə əlaqədar birgə araşdırma tədbirləri həyata keçirilir".