Bu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin təklifi ilə "Əmək məcəlləsi"ndə ediləcək dəyişikliklərdə əksini tapıb Bu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin təklifi ilə "Əmək məcəlləsi"ndə ediləcək dəyişikliklərdə əksini tapıb
  • Toplum
  • 17 Yanvar 2022 21:14
  •  3 547

Azərbaycanda distant əmək fəaliyəti qanuniləşir: Necə işləyəcək?

Bu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin təklifi ilə "Əmək məcəlləsi"ndə ediləcək dəyişikliklərdə əksini tapıb

Azərbaycanda məsafədən görülən iş, yəni distant əmək fəaliyyəti rəsmiləşdirilir. Bununla bağlı əmək qanunvericiliyinə ediləcək dəyişikliklər artıq aidiyyatı qurumlara göndərilib.

Bu dəyişiklik təsdiqini tapandan sonra bir sıra fəaliyyət sahələrində çalışanlar iş yerinə getmədən əmək müqaviləsi ilə işləyə biləcəklər.

Azərbaycanda distant, yəni məsafədən iş rəsmi qaydaya keçir.

Bu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin təklifi ilə "Əmək məcəlləsi"ndə ediləcək dəyişikliklərdə əksini tapıb.

Nazirliyin əmək siyasəti şöbəsinin müdiri Əbülfət Məhərrəmov bildirir ki, müasir bazar iqtisadiyyatı və pandemiya şəraitində belə bir dəyişikliyin edilməsinə ciddi zərurət yaranıb.

Əbülfət Məhərrəmov deyib ki, distant işin Əmək Məcəlləsinə təklif edilən dəyişiklikdə konkret izahı verilir. Bu izahla da distant işlərin siyahısı genişlənəcək və bir sıra fəaliyyətlərdə bunun tətbiqi mümkün olacaq.

Nazirliyin şöbə müdiri distant işlə bağlı yeniliklərin hazırda hansı mərhələdə olduğuna da aydınlıq gətirib. Onun sözlərinə görə hazırda təkliflər Ədliyyə Nazirliyindədir.

Onu da qeyd edək ki, hazırda dünyanın xüsusilə informasiya texnologiyaları üzərində qurulan bir çox tanınmış şirkətləri məhz işçiyə ofis məhdudiyyəti qoymur. Hətta işçilərin şirkətin olduğu ölkədə yaşaması tələbi belə aradan qalxıb. Bəs bu sistem Azərbaycanda necə işləyəcək? Bu yeniliyin əmək faliyyətinə nə kimi müsbət və ya mənfi təsirləri olacaq?

Məsələ ilə bağlı Bizimyol.info-nun sullarını cavablandıran iqtisadçı Xətai Alıyev bildirib ki, əmək fəaliyyətində distant məşğulluğun rəsmiləşməsi arzuolunan haldır. Çünki bu, müəyyən səbəblərdən məşğulluğa qəbul ola bilməyən, iş yerlərinə gələ bilməyən çoxsaylı insanların əmək bazarına qazandırılması deməkdir.

"Məsələn, analıq məzuniyyətində olan şəxsləri, azyaşlı övladı olan qadınları götürək. Mənim də tanıdığım bu kimi şəxslər var ki, onlar qapanma dönəmində distant olaraq işləyiblər. Təbii ki, bu məcburiyyətdən idi. Lakin həmin şəxslər distant olaraq çox effektiv işləsələr də, sonradan birbaşa işə getməkdə çətinlik çəkiblər və bu səbəbdən də ələvə məzuniyyət götürməli olublar. Çünki mövcud qaydalar onların distant işləməsinə icazə verməyib.

Bu keçid çox müsbət haldır. Əgər bu iş, ofisə gəlib-getməyə ehtitac olmadan, məsafədən görülə bilirsə, niyə də olmasın? Böhran dönəmində bu, bütün dünyada sübut olundu ki, məsafədən də işlər görülə, öz qaydasında gedə bilər. Şərt deyil ki, işçi mütləq iş yerinə gəlsin, orada 8 saat və s. müddətdə mütləq otursun”.

İqtisadçının sözlərinə görə, bu nə qədər müsbət hal olsa da, lakin burada bir narahatçılıq yaradacaq məsələ var: “O da ondan ibarətdir ki, distant məşğulluq o demək deyil ki, işəgötürən şəxlər həmin işçini 24 saat narahat edə, məşğul edə, daha kobud desək, istismar edə bilər. Bu məsələ bir az narahat edən məqamdır. Çünki Azərbaycanın əmək bazarında hazırkı vəziyyət, iş saatları vaxtlarının qanunvericiliyin tələblərinə uyğun olmaması halları mövcuddur. Xüsusilə də özəl biznesdə bu hallara çox rast gəlinir. Bu səbəbdən də bu məsələnin necə tənzimlənəcəyi maraq doğurur”.

İqtisadçı Asif İbarahimov Bizimyol.info-ya açıqlaması zamanı bildirib ki, dünyada tüğyan edən böhran, bir çox sahələrdə baş verən məhdudiyyətlər, qapanmalar, səfərlərə məhdudiyyətlər yeni bir yanaşmaya gətirib çıxardı: “Əvvəllər də distant əmək bazarı mövcud idi. Məsələn, distant təhsil, seminarlar, əməklə bağlı yanaşmalar vardı. Lakin böhrandan sonra şərtlər daha da sərtləşməyə başladı. Nəticədə artıq biz bu gün toplantılara uzun yollar qət etmirik, tıxaclarda qalmırıq, təyyarələrə minib hanısısa iclaslarda iştirak etmirik. Müəyyən online platformalar vasitəsilə bir çox işlərimizi, yoxlamalarımızı, auditlərimizi keçirib, təşkil edirik. Eyni zamanda seminarların, kursların, təlimatlandırmaların, hərhansısa xidmətlərin online qaydada aparılması artıq zərurət halına çevrilib.

Bu bizdə çoxdan olmalı idi. Lakin qapanmalar bizə daha aydın şəkildə göstərdi ki, bu şəkildə online platformalarda iş rejimini həyata keçirmək mümkündür. Online sistemə keçid zamanı ilk başda vəzifələrin, bölgülərin həyata keçirilməsində müəyyən çətinliklər müşahidə olundu, lakin sonradan bu baryerləri də aşmağa başladıq. İndi biz görürük ki, ən rahat yanaşmalardan biri elə online qaydadır və distant əmək fəaliyyəti artıq öz efffektini verməyə başlayır.

Bu artıq gündəlik həyatımızın bir parçasdır və biz buna uyğun işimizi formalaşdırmalıyıq. Biz bu istiqamətdə işlər görməli və bütün dünyada gedən proseslərlə uyğunlaşmalı, onlarla ayaqlaşmalıyıq”.

Aznews.az