Baş Prokurorluq Zahid Niftəliyevin qanunsuz əməllərindən zərərçəkmiş şəxslərə Hərbi Prokurorluğa müraciət etməyi tövsiyə edir Baş Prokurorluq Zahid Niftəliyevin qanunsuz əməllərindən zərərçəkmiş şəxslərə Hərbi Prokurorluğa müraciət etməyi tövsiyə edir
  • Toplum
  • 28 May 2022 13:51
  •  6 196

Müdafiə Nazirliyinin sabiq baş zabiti həbs edilib

Baş Prokurorluq Zahid Niftəliyevin qanunsuz əməllərindən zərərçəkmiş şəxslərə Hərbi Prokurorluğa müraciət etməyi tövsiyə edir

Müdafiə Nazirliyinin Daxili Təhlükəsizlik, həmçinin Təhsil-tədris və Elmi tədqiqatlar idarəsinin sabiq baş zabiti Zahid Niftəliyev həbs edilib.

Aznews.az xəbər verir ki, Hərbi Prokurorluğun İstintaq idarəsində Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2, 178.2.3, 178.2.4, 32.4, 312.2 maddələri ilə cinayət işi başlanıb, lakin Zahid Niftəliyev istintaqdan yayındığı üçün barəsində axtarış elan edilib və ötən gün saxlanılmaqla barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Baş Prokurorluq Zahid Niftəliyevin qanunsuz əməllərindən zərərçəkmiş şəxslərə Hərbi Prokurorluğa müraciət etməyi tövsiyə edir (əlaqə nömrəsi (050) 2952323).